ŞEŞ BEŞ haqqında
ŞEŞ BEŞ - Qafqaz vƏ Şərq rəngarəngliyinin təcəssümü
ŞEŞ BEŞ opera və Ştefan katedralının, eləcə də çoxlu sayda maraqlı muzey və sərgilərin lap yaxınlığında yerləşir. ŞEŞ BEŞ elə bir məkandır ki, burada kulinariya və istirahətin vəhdət təşkil edir və xidmət, keyfiyyət və əyləncə tələb edən insanların görüş yeridir. ŞEŞ BEŞ müasir Avropa metropolunun mərkəzində yerləşən, müasir şuxluq ilə Qafqaz və Şərq həyat duyumunu özündə ehtiva edən bir restorandır.ŞEŞ BEŞ şəhəri Qafqaz və Şərq abi-havası ilə daha da zənginləşdirir.
ŞEŞ BEŞ - Adı
Nərd kimi də tanınan ŞEŞ BEŞ dünyanın ən qədim stolüstü oyunlarından biridir. Bu oyunun əsasında strategiya və bəxtin gətirməsinin qarışığı dayanır. Fars və türk kəlmələrinin kombinasiyasından ibarət olan “Altı-Beş” adı nərd oyununa başlayarkən ilk atılan zər olmaqla yanaşı, Qafqazda demək olar ki, hər kəsin bacardığı bu oyunun regional adıdır.Zərləri atın, gedişinizi edin və aktual yenilikləri dostlarınızla birlikdə müzakirə edin.
ŞEŞ BEŞ - Fəlsəfəsi
İdeyamız insanları bir araya gətirən elə bir məkan yaratmaqdır ki, orada qarşıya qoyulan əsas məqsəd yalnız yeyib-içmək deyil, eyni zamanda fikir mübadiləsi və mədəniyyət mübadiləsidir.ŞEŞ BEŞ Qafqaz və Şərq təsirlərini innovativ resporan konseptində cəmləşdirir – bura ənənə və müasirliyin bir araya gəldiyi məkandır.
ŞEŞ BEŞ - Restoran
ŞEŞ BEŞ restoranı ləziz Qafqaz və Şərq nemətləri ilə qonaqlarını heyran edir və həmin regiona xas olan qonaqpərvərliklə qaşılayır.ŞEŞ BEŞ-in mətbəxinin özünəməxsusluğu ondan ibarətdir ki, burada Qafqaz və Şərq mətbəxinin yeməklərinin sintezi təklif edilir və həmin yeməklərdən müxtəlif mətbəxlərin ətir və təravətli qoxusu duyulur. Qafqaz və Şərq mətbəxi müxtəlif milli mətbəxlərin yeməklərini özündə cəmləşdirən aşpazlıq ənənələrinə malikdir: Qafqaz (Azərbaycan, Gürcüstan, Ermənistan, Cənubi Rusiya), Şimali Afrika (Məşrib), Yaxın Şərq (Levante), Ərəb yarımadası, Türkiyə, bugünki İraqın ərazisi, İran, Əfqanıstan və Hind yarımqitəsinin bir hissəsi (Pakistan).
Yaşayış tərzi və mədəniyyətə uyğun olaraq mətbəxin əsas xətti bütün gün üçün nəzərdə tutulan yeməklərdir. Səhər yeməyi, kiçik qəlyanaltılar, nahar və qayğısız axşam zövqü. Zövq sahibləri və bilicilər üçün təqdim etdiyimiz müxtəlif növ çaxırlar təkliflərimizi tamamlayır.
ŞEŞ BEŞ yüksək keyfiyyət standartına və təravətə, eləcə də yeməklərin ənənəvi və müasir hazırlanmasına tam zəmanət verir.
Xoş mühitdə və ürəyəyatan məkanda rahatlıq və əyləncə Sizi gözləyir. Aperitif və kokteyllərin dadına baxarkən çoxçalarlı musiqi proqramından zövq alırsınız: Qafqazdan Şərqə doğru ölkələrin melodiya və ritmləri.
Xüsusi axşamlarda ŞEŞ BEŞ Qafqaz və Şərq musiqisi pərəstişkarlarının sevimli məkanına çevrilir. Toqqanın altını bərkitdikdən sonra Sizi canlı musiqinin sədaları altında rəqs meydançasına Qafqaz və Şərq rəqslərinə dəvət edirik. Hora və ya bir çox Qafqaz xalqlarının məşhur rəqsi Ləzginkanın sədaları altında əsl həyat coşğunluğunun dadını çıxarın.
ŞEŞ BEŞ - Mərasim məkanı
Ən müasir texniki avadanlıqlarla (yüksək sürətli kabelsiz internetdən istifadə, DVD-Player, plazma televizor, musiqi avadanlığı, tutqun işıq) təmin edilmiş salonlarla yanaşı ŞEŞ BEŞ müxtəlif səpkili mərasimlər üçün əla məkana çevrilir.İstifadə növləri: Şam, kokteyl qəbulu, görüşlər, firma bayramları, özəl bayramlar, müxtəlif növ mərasimlər, səyahət qrupları, fərqli idman tədbirlərinin (futbol, boks, super boul) yayımlanması.
ŞEŞ BEŞ üç salonu ilə 110 nəfər üçün oturmaq şərtilə və ya 150 nəfər üçün ayaqüstü qəbullar təşkil etmək imkanı verir. Yaz və yayda 60 yerlik bağça qonaqların sərəncamında olacaqdır.
Sorğu əsasında bütün salonların kirayələnməsi və məksimum 150 nəfərlik qapalı tədbirlərin keçirilməsi mümkündür.
Bəzi mərasimlər böyük bayramlar, bəziləri isə özəl xarakterli tədbirlərdir və yalnız dost və qohumların əhatəsində qeyd edilir. ŞEŞ BEŞ Sizə hər iki halda sizə şərait yaradır və ideyalar verir, lakin yalnız bir xidmət təklif edir: ən əlasını.